Mançester derbisindən sonra qalmaqal

14:18 - 11 Dekabr 2017

İngiltərə Premyer Liqasının XVI turunda baş tutan "Mançester Yunayted" - "Mançester Siti" oyunundan (1:2) sonra qalmaqal baş verib.

 

Sportal.az xəbər verir ki, meydan sahibləri "şəhərlilər"in qələbəni çılğınlıqla qeyd etməsini qəbul edə bilməyib. Qonaq komandanın paltardəyişmə otağına yaxınlaşan Joze Mourinyo onları sakitləşdirmək istəyib. Bundan sonra portuqaliyalı mütəxəssislə rəqibin qapıçısı Edersonla mübahisə baş verib. Əsəblərinə hakim ola bilməyən Mourinyo qolkiperin başına plastik qab çırpıb.

 

Ardınca iki komandanın üzvləri arasında kütləvi dava baş verib. "Mançester Siti"nin məşqçisi Mikel Artetanın qaşı çatılıb. Oyun zamanı heç nə ilə yadda qalmayan Romelu Lukaku gücünü matçdan sonra sınayıb. Belçikalı forvard Artetaya zərbə endirib.

Xəbər xətti