"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo ilə Henrik Mxitaryan arasında gərginlik yaranıb.
Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis "Brayton"la oyunda (1:0) ermənistanlı futbolçunu
oyunundan narazı qalıb.
Mourinyo yarımmüdafiəçiyə iradlarını komandanın qarşısında bildirib. Mxitaryan və baş məşqçi daha sonra mübahisəni klub bazasında yerləşən analitik kabinetin yanında davam etdiriblər.
İddialara görə, Mourinyo onu göndərərək, Mesut Özili transfer etmək istəyir.
Qeyd edək ki, "Mançester Yunayted" Mxitaryanı 2016-cı ildə Dortmund "Borussiya"sından 42 milyon avroya alıb.
saytlarin hazirlanmasi