İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Antonio Konte İngiltərə Premyer Liqasının 20-ci turu çərçivəsində doğma meydanda “Brayton”a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında şampan içib.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis badə qaldıraraq, jurnalistləri Milad bayramı münasibətilə təbrik edib:
“Düzdü, Milad bayramı iki gün əvvəl idi. Amma mən bu oyundan sonra sizi təbrik etmək istədim. Sizə və ailənizə xoşbəxt yeni il arzulayıram. “Çelsi” yeni ildə "Stok Siti" ilə oynayacaq. Qalib gəlsək, yenidən sizin üçün badə qaldıracağam".
saytlarin hazirlanmasi