Pikenin evi qarət olundu

18:28 - 6 İyun 2018

"Barselona"nın futbolçusu Jerar Pike və həyat yoldaşı Şakiranın mənzili qarət olunub.

 

Sportal.az xəbər verir ki, cinayətkarlar cütlüyün evindən zinət əşyaları, saatlar və bəzək əşyaları götürüblər. 

 

Pike İspaniya milli komandasının düşərgəsində olduğu üçün evdə olmayıb. Onun həyat yoldaşı Şakira isə Almaniyada qastroldadır. Pike soyğunçuluğa görə polisə müraciət edib. 

Xəbər xətti