İspaniya millisinin üzvü Andres İnyesta yığma karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi DÇ-2018-in 1/8 final mərhələsində Rusiyaya məğlub olaraq, mübarizəni dayandırdıqları oyundan sonra belə bir qərar verib.
Qeyd edək ki, Andres İnyesta İspaniya yığmasında 2006-cı ildən çıxış edirdi. O, millidəki 136 oyununda 13 qol və 27 məhsuldar ötürmə müəllifi, habelə, dünya (2010) və ikiqat Avropa (2008, 2012) çempionu olub.
saytlarin hazirlanmasi