Luis Enrikenin təyinatı rəsmən açıqlandı

17:29 - 9 İyul 2018

İspaniya millisinin yeni baş məşqçisi bəlli olub.

 

Sportal.az xəbər verir ki, Fernando Yerronun gedişindən sonra baş məşqçi postu Luis Enrikeyə həvalə edilib. İspaniya Futbol Federasiyasının məlumatına görə 48 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Enrike komandanı AÇ-2020-yə hazırlayacaq.

 

Qeyd edək ki, Enrike sonuncu dəfə "Barselona"nı çalışdırıb.

Xəbər xətti