La Liqa klublarının kapitanlarından etiraz

18:14 - 23 Avqust 2018

İspaniya Futbol Federasiyasının prezidenti Xavyer Tebas bəzi La Liqa matçlarının Amerika və Kanadada keçirləcəyini açıqlamışdı. Lakin onun bu açıqlaması birmənalı qarşılanmayıb.

 

Sportal.az xəbər verir ki, La Liqada çıxış edən 20 komandanın kapitanları bir araya gələrək, okeanın o tayında oynamaq istəmədiklərini federasiyaya çatdıracaqlar. Bu barədə İspaniya mətubatı məlumat yayıb.

 

Qeyd edək ki, La Liqa "Relevant Grup"la 15 illik müqavilə bağlayıb və şərtlərə əsasən, bəzi oyunlar bu müddətdə Amerika və Kanadada keçiriləcək.

Xəbər xətti