Braziliya millisinin və Madrid “Real”nın sabiq futbolçusu Ronaldo İspaniyada klub almaq üçün hərəkətə keçib.
Sportal.az xəbər verir ki, veteran hücumçu La Liqaya bu mövsüm vəsiqə qazanan “Real Valyadolid”i almaq üçün 30 milyon avro xərcləməyə hazırdır. İspaniya mətbuatının məlumatına görə, klubun prezidenti Karlos Suares bu rəqəmi daha öncə rədd etsə də, bu dəfə qəbul edib. Klubun 25 milyon avroluq borcu bu məbləğin sayəsində bağlanacaq.
"Real Valyadolid" 2013/14-cü il mövsümündə La Liqa ilə vidalaşsa da, bu mövsüm yenidən elitaya qayıdıb.
saytlarin hazirlanmasi