FIFA-nın açıqladığı ən yaxşı futbolçu adına son 3 namizəd arasında olmayan Fransa millisinin və Madrid "Atletiko"sunun hücumçusu Antuan Qrizmann bu barədə fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçu ötən mövsümü yaxşı keçirdiyini və FIFA-nın seçiminə təəccübləndiyini deyib:
"Ötən mövsüm karyeramın ən yaxşı dönəmi idi. Həmişəkindən daha çox qol vurdum, üstəlik, 3 titul qazandım. 2016-cı illə 2018-ci ili müqayisə etsək, əlbəttə, mən son 3 namizəd arasında olmalı idim. 2016-cı ildə 3 finalı birdən uduzmuşdumsa, 2018-ci ildə hamısını qazandım. Biz burada FIFA-nın mükafatında bəhs etmirik? Dünya çempionatını da bu qurum təşkil edirsə, son 3 namizəd arasında fransız futbolçunun olmaması qəribədir. Sürprizdir. Fransa dünya çempionu olan komandadır. Həqiqətən də təəccüblənirəm, qəribədir".
Qrizmann Fransa millisi ilə dünya çempionu olub, "Atletiko" ilə Avropa Liqası və UEFA Super kubokunu qazanıb.
Qeyd edək ki, ilin ən yaxşı futbolçusu adına "Real"ın yarımüdafiəçisi Luka Modriç, onun sabiq komanda yoldaşı, hazırda "Yuventus"da çıxış edən Kriştiano Ronaldo və "Liverpul"un hücumçusu Məhəmməd Salah namizəddir.
saytlarin hazirlanmasi