"Bayern"in Sane transferi düyünə düşüb - "Mançester Siti" dəli olub"

Almaniyanın "Bayern" klubunun prezidenti Uli Höness "Mançester Siti"dən transfer etmək istədikləri Leroy Sane ilə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 67 yaşlı klub rəhbəri bu transfer üçün ümidli olmadığını bildirib:

 

"Mançester Siti" Sane üçün 100 milyon avro tələb edir. Bu transfer üçün hazırda ümid yoxdur. Bu gedişlə reallaşmayacaq. Hər şey rəqəmlərlə bağlıdır. "Mançester Siti" dəli olub. İstədikləri məbləği verməyimiz mümkün deyil. 80 milyon avro limitimizdir. Gələckdə bu rəqəmi aşmağımız mümkünsüzdür".

 

Münhen klubu 23 yaşlı vinger üçün 80 milyon avro təklif etsə də, "şəhərlilər" rədd cavabı verib.

 

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola almaniyalı futbolçu ilə müqaviləni uzatmaq istədiklərini demişdi.

 

"Mançester Siti" Almaniya millisinin üzvünü 2016-cı ildə "Şalke"dən 50,5 milyon avroya almışdı. Sane başa çatan mövsümdə 47 oyuna 16 qol vurub, 18 assist edib.

Tarix: 4 İyun [00:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Sentyabr 2019
22  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio