Əliyar Ağayevin idarə etdiyi oyunda 4 qol - VİDEO

10:41 - 14 Avqust 2019

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Avstriyanın LASK klubu evdə İsveçrə "Bazel"i ilə qarşılaşıb.

 

Sportal.az xəbər verir ki, ilk oyunda 2:1 hesablı qələbə qazanan meydan sahibləri cavab görüşündə də sevinən tərəf olub - 3:1.

 

Qarşılaşmanı azərbaycanlı FIFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Ağayev hər iki komandanın bir futbolçusuna sarı vərəqə göstərib.

 

LASK pley-offda Belçikanın "Brügge" klubu ilə qarşılaşacaq.

 

Xəbər xətti