AFFA nümayəndəsi beynəlxalq tədbirdə iştirak etdi

17:31 - 1 İyul 2025

AFFA-nın Yarışların Təşkili Departamentinin azarkeşlərlə iş üzrə koordinatoru Yusif Abdullayev İsveçin Malmö şəhərində keçirilən Avropa Futbol Azarkeşləri Konqresi-2025 (EFFC) tədbirində iştirak edib.

Sportal.az xəbər verir ki, tədbirə müxtəlif ölkələrindən olan azarkeş, federasiya və klub nümayəndələri, eləcə də, digər maraqlı tərəflər qatılıblar. Azarkeş mədəniyyətinin gələcəyi, inklüzivlik, təhlükəsizlik və azarkeşlərin qərarvermədə rolu kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyətinin tərkibində fiziki qüsurlu futbol azarkeşi Babək Ağalarov da yer alıb. O, əlil azarkeşlər üçün stadionların əlçatanlığı, inklüziv infrastruktur və hüquqlarla bağlı keçirilən sessiyalarda fəal iştirak edərək, təcrübəsini bölüşüb.

Xəbər xətti