"Zirə"nin sabiq futbolçusu Çin klubunda - FOTO

15:48 - 29 İyun 2025

"Zirə"nin formasını geyinmiş Andriya Lukoviç özünə yeni komanda tapıb.

Sportal.az xəbər verir ki, serb futbolçu Çində oynayacaq. O, “Şanxay Jiadinq Huylonq” klubu ilə anlaşıb.

Şanxayı təmsil edən klub Çin 1-ci liqasında mübarizə aparır.

Qeyd edək ki, Lukoviç 2022-2024-cü illərdə "Zirə"nin formasını geyinib.


 

Xəbər xətti