Roberto Fernandez Jaen karyerasını "Espanyol"da davam etdirəcək.
Sportal.az xəbər verir ki, kataloniya klubu, mövsümün ortasında "Braqa"dan icarəyə götürdüyü 22 yaşlı hücumçunun transfer hüquqlarının 50 faizini 6,2 milyon avroya satın aldığını rəsmən açıqlayıb. Futbolçu ilə 6 illik müqavilə imzalanıb.
"Braqa" bildirib ki, əgər "Espanyol" La Liqada qalmağı bacarsa, klub növbəti iki mövsüm ərzində əlavə 25% (hər mövsüm üçün 12,5%) hüququ 3,1 milyon avroya almağa məcbur olacaq. Qalan 25%-lik hissəni də eyni məbləğə almaq mümkündür. Beləliklə, Roberto Fernandezin tam transfer haqqı 12,4 milyon avroya bərabərdir.
Qeyd edək ki, 2024/25 mövsümündə La Liqada çıxış edən hücumçu 19 oyunda 6 qol vuraraq "Espanyol"un ikinci ən məhsuldar oyunçusu olub.
saytlarin hazirlanmasi