"Neftçi” daha bir futbolçunun keçidini rəsmiləşdirib.
Sportal.az xəbər verir ki, Murad Xaçayev artıq “Neftçi” ailəsinin üzvüdür. 27 yaşlı müdafiəçi ilə 2 illik müqavilə bağlanıb.
Donetsk “Şaxtyor”unun yetirməsi olan Xaçayevin sonuncu klubu “Sumqayıt” (2019-2025) olub. O, Sumqayıt təmsilçisində baş məşqçi Samir Abasovun rəhbərliyi altında da oynayıb. Murad milli komandamızın heyətində 1 oyun keçirib.
saytlarin hazirlanmasi