"Qalatasaray" "Əl-Hilal"ın qapıçısını istəyir

17:05 - 27 İyun 2025

Fernando Muslera ilə yollarını ayıran "Qalatasaray" heyətinə yeeni qapıçı cəlb edəcək.

Sportal.az xəbər verir ki, Türkiyə çempionu "Əl-Hilal"da çıxış edən Yassin Bunu ilə maraqlanır. Bu barədə "Takvim" nəşri məlumat yayııb.

İstanbul nəhəngi Səudiyyə Ərəbistanı klubu ilə 1 illik müqaviləsi qalan mərakeşli qolkiper üçün rəsmi təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki,  "Əl-Hilal" Yassin Bununu 2023-cü ilin yayında "Sevilya"dan 21 milyon avroya transfer edib.

Xəbər xətti