"Del Pyero hər oyundan sonra mənə yazır"

23:15 - 26 İyun 2025

Türkiyəli ulduz futbolçu Kenan Yıldız "Yuventus"dakı əsas hədəflərindən söz açıb.

Sportal.az xəbər verir ki, "Yuventus"un yarımmüdafiəçisi komandada xoşbəxt olduğunu qeyd edib:

"Mən "Yuventus"a hər şeyi qazanmaq üçün gəlmişəm. Del Pyero hər oyundan sonra mənə yazır və daim daha yaxşı oynamağa təşviq edir. Müqavilənin 2030-cu ilə qədər uzadılması? Mən maliyyə məsələlərindən danışmaq istəmirəm...

Alleqri? O mənim üçün etdiklərinə görə çox minnətdaram. Hətta məni saçımı kəsməyə də vadar etdi.

Tudor gələndə komandaya böyük enerji gətirdi və hamımıza kömək oldu. Mən keçmiş haqda danışmağı sevmirəm, amma doğrudur ki, Tudor mənə çox azadlıq verir".

 

Xəbər xətti