Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin yeni klubu müəyyənləşib.
Sportal.az xəbər verir ki, 28 yaşlı hücumçu "Kayzerslautern"lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mahir 2-ci Bundesliqa təmsilçisi ilə 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu yeni komandasında 10 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Mahir Emreli son olaraq "Nürnberq"də çıxış edib.
saytlarin hazirlanmasi