Türkiyə klubu millimizin üzvü ilə müqavilə imzaladı

20:59 - 23 İyun 2025

Türkiyənin "Ankaragücü" klubu Azərbaycan milli komandasının üzvü Həsən Nəzərovla bağlı qərar verib.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi U-19 komandasında çıxış edən 18 yaşlı yarımmüdafiəçi ilə peşəkar müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2-ci Liqa təmsilçisi azərbaycanlı futbolçu ilə imzalanan sözləşmənin müddəti və detalları barədə məlumat verməyib.

Qeyd edək ki, Həsən Nəzərov 2023-cü ildə "Ankaragücü"nün akademiyasına qoşulub. Gənc oyunçu ötən ilin yayından əsas komandada çıxış edir.

Xəbər xətti