Nataniel Fillips "Liverpul"dan ayrılıb.
Sportal.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Çempionşip təmsilçisi "Vest Bromviç"ə keçib və üç illik müqavilə imzalayıb. The Athleticin məlumatına görə, transferin ümumi dəyəri bonuslarla birlikdə 3 milyon funt-sterlinq təşkil edir.
Fillips 2016-cı ildən "Liverpul"un sistemində çıxış edirdi və əsas komandada 29 oyun keçirmişdi. Ötən mövsümü isə daha bir Çempionşip klubu "Derbi Kaunti" klubunda icarə əsasında keçirib.
saytlarin hazirlanmasi