"Araz-Naxçıvan"ın rəqibi portuqaliyalı transfer etdi

13:46 - 24 İyun 2025

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Araz-Naxçıvan"ın rəqibi olan "Aris" növbəti transferi reallaşdırıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Saloniki təmsilçisi Pedro Alvaronu heyətinə qatıb.

Yunanlar onu "Eştoril"dən transfer edib. 25 yaşlı mərkəz müdafiəçisi ilə 4 illik müqavilə imzalanıb.

"Benfika"nın yetirməsi olan Pedro "Belelnenseş"də də çıxış edib. 

Əlavə edək ki, "Araz-Naxçıvan" "Aris"lə ilk matçını iyulun 24-də Bakıda, cavab görüşünü isə 31-də Salonikidə keçirəcək.

Xəbər xətti