"Qəbələ"dən ayrılan Elşad Tağıyevin yeni klubu məlum olub.
Sportal.az xəbər verir ki, 24 yaşlı hücumçu karyerasını I Liqada davam etdirəcək.
Tağıyev "Baku Sportinq"lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Forvradla mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Elşad Tağıyev mövsümün birinci yarısında "Qəbələ"nin heyətində 11 oyunda meydana çıxıb.
saytlarin hazirlanmasi
