"Tottenhem" Yaponiyadan müdafiəçi gətirir

19:28 - 24 İyun 2025

"Tottenhem" müdafiə xəttini yeni oyunçu ilə gücləndirəcək.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Yaponiyanın "Kavasaki" klubundan Kota Takainin keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Tottenhem" yapon mərkəz müdafiəçisi üçün onun klubuna 5 milyon funt-sterlinq təzminat ödəyəcək.

Qeyd edək ki, Kota Takai "Kavasaki"nin yetirməsidir. Yaponiya millisinin üzvü olan 20 yaşlı futbolçu bu mövsüm klubunun heyətində meydana çıxdığı 28 rəsmi matçda 2 qol vurub.

Xəbər xətti