İsveçrənin qadınlardan ibarət futbol üzrə milli komandası Avropa çempionatına hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirib.
Sportal.az xəbər verir ki, yığma "Luzern" U-15 oğlan komandası ilə üz-üzə gəlib. Qadınlar bu matçda azyaşlı rəqiblərinə 1:7 hesabı ilə uduzub.
İsveçrə Futbol Federasiyası qarşılaşmanın nəticəsini gizlətmək istəyib. Lakin "Luzern"in oyunçularından biri sosial şəbəkə hesabında oyunun hesabını paylaşıb.
İsveçrə 2 iyul tarixində başlayacaq Avropa çempionatına ev sahibliyi edir. Yoldaşlıq oyununda qeydə alınan nəticə turnir öncəsi ölkənin futbol ictimaiyyətində narahatlıq yaradıb.
saytlarin hazirlanmasi