"Mançester Siti"nin müdafiəçisi Cuma Ba Fransada qalacaq.
Sportal.az xəbər verir ki, "Nitsa" syerra-leoneli futbolçunu icarəyə götürəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Artıq klublar arasında anlaşma əldə olunub. 19 yaşlı mərkəz müdafiəçisi tibbi müayinədən keçdikdən sonra onunla müqavilə imzalanacaq.
Qeyd edək ki, "Mançester Siti" Cuma Banı bu ilin yanvar ayında "Valyadolid"dən transfer etdikdən sonra "Lans"a icarəyə verib. Gənc oyunçu Fransa klubunun heyətiində 10 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi