"Çelsi" Noni Maduekenin transferi üçün 50 milyon funt sterlinq tələb edir, bu isə "Arsenal"ın hazırda ödəməyə hazır olduğu məbləğdən çoxdur.
Sportal.az xəbər verir ki, "The Independent"in məlumatına görə, "topçular" 23 yaşlı ingilis vingerin transferi ilə bağlı "Çelsi" ilə ilkin danışıqlar aparıb, lakin qiymət fərqi tərəflərin razılığa gəlməsinə mane olub.
Buna baxmayaraq, danışıqların bu yayın sonlarına doğru yenidən başlayacağı istisna edilmir.
Qeyd edək ki, Madueke 2024/25 Premyer Liqa mövsümündə 32 oyuna çıxıb və 7 qol vurub.
saytlarin hazirlanmasi