Rafael Fiziyev Bakıda çilili rəqibinə qalib gəldi

11:22 - 22 İyun 2025

Azərbaycan idmançısı Rafael Fiziyev Bakıda təşkil olunan “UFC Fight Night” görüşünə çıxıb.

Sportal.az xəbər verir ki, o, Çilidən olan İqnasio Bahamondeslə üz-üzə gəlib.

Qarşılaşmada Rafael Fiziyev qələbə qazanıb.

Qeyd edək ki, bunadək Azərbaycan idmançılarından Nazim Sadıxov braziliyalı Nikolas Mottaya qalib gəlib, Tofiq Musayev isə Qırğızıstandan olan Mıktıbek Orolbaiyə uduzub.

Xəbər xətti