Mbappe növbəti matçda da oynaya bilməyəcək

00:02 - 22 İyun 2025

Kilian Mbappe klublararası dünya çempionatında "Real"ın növbəti matçını da buraxmalı olacaq.

Sportal.az xəbər verir ki, yüngül məşqlərə qatılan hücumçu dünya çempionatının qrup mərhələsinin II turunda sabah 23:00-da start götürəcək Meksikanın "Paçuka" klubu ilə oyunda iştirak etməyəcək.

Qeyd edək ki, 26 yaşlı futbolçu akut qastroenterit (mədə-bağırsaq iltihabı) səbəbindən turnirin ilk matçı olan “Əl-Hilal”la qarşılaşmasını (1:1) buraxmışdı.

Xəbər xətti