İstanbul klubu tarixinin ən bahalı transferinə hazırlaşır

21:43 - 21 İyun 2025

Kristof Pyonteki Qətərin "Əl-Duhail" klubuna satan "Başakşehir" heyətinə yeni hücumçu cəlb edəcək.

Sportal.az xəbər verir ki, İstanbul klubu "Roma"da çıxış edən Eldor Şomurodovun keçidini həll etmək üzrədir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

"Başakşehir" özbək futbolçu üçün İtaliya klubuna 10 milyon avro təzminat ödəyəcək. Bu, klub tarixinin ən bahalı transferi olacaq.

Qeyd edək ki, Eldor Şomurodov ötən mövsüm "Roma"nın heyətində meydana çıxdığı 37 rəsmi matçda 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti