Rusiyalı futbolçu "Beşiktaş"ın hədəfində

22:02 - 20 İyun 2025

Ruslan Litvinov karyerasını Türkiyədə davam etdirə bilər.

Sportal.az xəbər verir ki, Rusiya mətbuatının yaydığı məlumata görə, “Beşiktaş” “Spartak”ın yarımmüdafiəçisi ilə yeni müqavilə məsələsinin inkişafını izləyir.

Əgər “qırmızı-ağlar” 2026-cı ildə başa çatacaq müqaviləni uzada bilməsələr, Türkiyə klubu futbolçunu transfer etmək üçün addımlar ata bilər.

Ötən mövsüm Litvinov Rusiya Premyer Liqasında 21 oyun keçirib, amma məhsuldarlıqla fərqlənməyib.

Xəbər xətti