Həbib Nurməhəmmədov Bakıda Qurban Qurbanovla görüşdü - FOTO

13:28 - 20 İyun 2025

Keçmiş UFC döyüşçüsü Həbib Nurməhəmmədov və İslam Maxaçev Azərbaycana gəliblər.

Sportal.az xəbər verir ki, onlar iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq turnirdə qonaq qismində iştirak etmək üçün ölkəmizə səfər ediblər.

Tanınmış idmançılar bu gün "Qarabağ"ın bazasını ziyarət ediblər. Döyüşçülər Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovla görüşüb, onunla şəkil çəkdiriblər.


Xəbər xətti