Azərbaycanın U-21 yığmasının sabiq üzvü Eldar Tağızadə İspaniyaya geri dönüb.
Sportal.az saytına verilən məlumata görə, gənc qapıçı "Barselona" B komandasına qayıdıb və məşqlərə qatılacaq.
O, mövsümün əvvəlində icarəyə verildiyi "Tudelano"dan ayrılıb.
22 yaşlı qapıçı yeni mövsümə də "Barselona" B komandasında başlaya bilər.
Tağızadə bu komandanın yay toplanışına cəlb ediləcək. “Barselona” B komandasının toplanışı isə iyulun ilk günlərində olacaq.
saytlarin hazirlanmasi