“Brayton” İtaliya millisinin müdafiəçisi Dieqo Koppolanın transferini rəsmən elan edib.
Sportal.az xəbər verir ki, 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
İnsayder Fabritsio Romanonun məlumatına görə, “Verona” öz yetirməsinə görə 11 milyon avro alacaq.
Qeyd edək ki, 2024/25 mövsümündə Koppola A Seriyada 34 oyunda iştirak edib və 2 qol vurub.
saytlarin hazirlanmasi