Azərbaycan millisinin forvardını "Motor" və "Hayduk" istəyir - İDDİA

10:49 - 19 İyun 2025

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov çox güman ki, növbəti mövsümə yeni klubunda başlayacaq.

Sportal.az “Sport1.pl” portalına istinadən xəbər verir ki, Dadaşovun ötən mövsümün ikinci yarısını keçirdiyi “Radomyak” 26 yaşlı hücumçu ilə müqavilə müddətini artırmayıb.

Bununla belə, Renat Ekstraklasanın digər təmsilçisi “Motor”un (Lublin) diqqət mərkəzinə düşüb.

Millimizin hücumçusunun "Hayduk"un (Split) da maraq dairəsində olduğu bildirilir.

Xəbər xətti