Bu gün Nyonda (İsveçrə) Avropa Liqasının 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Sportal.az xəbər verir ki, “Sabah”ın potensial rəqibini müəyyənləşəcək. Masazır təmsilçisi birinci mərhələdə “Çelye”ni(Sloveniya) keçərsə, 2-ci tura yüksələcək.
“Sabah”ın potensial rəqibləri aşağıdakı komandalardır: “Braqa” (Portuqaliya), “Luqano” (İsveçrə), eləcə də “Legiya” (Polşa) – “Aktobe” (Qazaxıstan), AEK (Kipr) – “Partizan” (Serbiya).
İkinci turun oyunları iyulun 24-dən 31-dək keçiriləcək.