"Arsenal" Mayls-Lyuis Skellini komandada saxlamağı bacarıb.
Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi 18 yaşlı futbolçu ilə yeni müqavilə barədə razılığa gəlib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Yaxın günlərdə ingiltərəli sol cinah müdafiəçisi ilə uzunmüddətli sözləşmə imzalanacaq. Skelli dünyanın ən çox qazanan gənc oyunçularından olacaq.
Qeyd edək ki, Mayls-Lyuis Skelli "Arsenal"ın yetirməsidir. İngiltərə millisinin üzvü ötən mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi