"Qalatasaray"ı İstanbulun digər klubuna dəyişdi

17:50 - 17 İyun 2025

"Qalatasaray"ın yarımmüdafiəçisi Kerem Demirbay İstanbulda klubunu dəyişib.

Sportal.az xəbər verir ki, "Eyüpspor" Almaniya millisinin sabiq üzvünü transfer edib. Bu barədə jurnalist Ertan Süzgün məlumat yayıb.

Artıq klublar arasında anlaşma əldə olunub. 31 yaşlı futbolçu özü də "Eyüpspor"un təklifini qəbul edib.

Qeyd edək ki, "Qalatasaray" Kerem Demirbayı 2023-cü ilin yayında "Bayer"dən transfer edib. Təcrübəlli yarımmüdafiəçi ötən mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 34 oyunda 3 qol ötürməsi ilə  yadda qalıb.

Xəbər xətti