“Yuventus”un hücumçusu Duşan Vlahoviç karyerasını Fransada davam etdirə bilər.
Sportal.az “Footmercato”ya istinadən xəbər verir ki, serb forvard PSJ-ye keçməyə hazırlaşır.
“Arsenal” və “Mançester Yunayted”in də maraq dairəsində olan Vlahoviçin Fransa çempionu ilə anlaşacağı gözlənilir.
Duşan başa çatan mövsümdə 41 görüşdə 15 qol vurub, 5 asist edib. Serbiya millisinin hücumçusunun "Yuventus"la müqavilə müddəti qarşıdakı mövsümün sonunda başa çatacaq.
saytlarin hazirlanmasi