"Arsenal"ın transfer etmək istədiyi Rodriqo gələcəyi ilə bağlı qərarını verib.
Sportal.az xəbər verir ki, "Real"ın futbolçusu İngiltərəyə yollanmaq istəməyib. Bu barədə "Football Insider" məlumat yayıb.
Rodriqo klubunu dəyişmək istəmir. Braziliyalı vinger yeni baş məşqçi Xabi Alonsonun rəhbərliyi altında əsas heyət uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, "Real" Rodriqonu 2019-cu ilin yayında "Santos"dan transfer edib. Braziliya millisinin üzvü olan 24 yaşlı futbolçu ötən mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 51 rəsmi matçda 14 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi