"Qalatasaray"ın futbolçusuna İstanbul klubundan təklif

21:14 - 16 İyun 2025

"Qalatasaray"ın futbolçusu Kerem Demirbay İstanbulda klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Eyüpspor" Almaniya millisinin sabiq üzvünü transfer etmək istəyir. Bu barədə "Bein Sports" televiziyası məlumat yayıb.

"Qalatasaray"da əsas heyətdə yerini itirən yarımmüdafiəçi özü də "Eyüpspor"un təklifinə isti yanaşır.

Qeyd edək ki, "Qalatasaray" Kerem Demirbayı 2023-cü ilin yayında "Bayer"dən transfer edib. 31 yaşlı orta xətt oyunçusu ötən mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 34 rəsmi matçda 33 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti