"Klublararası dünya çempionatı "Yuventus" üçün yeni çağırışdır"

11:19 - 16 İyun 2025

"Yuventus"un baş məşqçisi İqor Tudor Turin klubunun yenilənmiş Klublararası dünya çempionatında qarşıdan gələn startı ilə bağlı gözləntilərini bölüşüb. 

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, xorvat mütəxəssis turnir barədə bunları deyib: “Bəli, biz narahatıq. Amma bu, “Yuventus” üçün yeni çağırışdır. Lakin klubumuzun fəlsəfəsi dəyişməz olaraq qalır: biz həmişə yalnız qələbəyə köklənmişik. Yerli şəraitə, iqlimə, saat qurşaqlarına və yeni yarış formatına alışmaq üçün cəmi bir neçə günümüz var”.

Qeyd edək ki, iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək turnirdə “qoca sinyora” ilk matçını iyunun 19-da BƏƏ-nin “Əl-Əyn” komandasına qarşı keçirəcək.
 

Xəbər xətti