Ərəblər İtaliya millisinin hücumçusunu transfer etmək istəyir

17:36 - 16 İyun 2025

"Fiorentina"nın hücumçusu Moyze Kin karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportal.az "Əl Qadisiya" italiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.

Kinin klubu ilə müqaviləsində 1-15 iyul tarixləri arasında keçərli olan 52 milyon avroluq sərbəstqalma maddəsi var. Ərəblər 25 yaşlı forvard üçün bu məbləği ödəməyə hazırdır.

Qeyd edək ki, "Fiorentina" Moyze Kini 2024-cü ilin yayında "Yuventus"dan transfer edib. İtaliya millisinin üzvü ötən mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 25 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti