"Sportinq" yayda komandadan ayrılacağı gözlənilən Viktor Dyökereşə əvəzləyici axtarır.
Sportal.az xəbər verir ki, Portuqaliya klubunun əsas hədəfi "Göztepe"də çıxış edən Romulodur. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
"Sportinq" braziliyalı forvard üçün Türkiyə klubu ilə danışıqlara başlayıb. İzmir klubu 23 yaşlı hücumçu üçün 20 milyon avro tələb edir.
Qeyd edək ki, "Göztepe" Romulonu 2024-cü ilin fevral ayında "Atletiko Paranaense"dən transfer edib. "Sambaçı" ötən mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 17 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi