İtaliya millisinin yeni baş məşqçisi açıqlandı

18:22 - 15 İyun 2025

İtaliya millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, 4 qat dünya çempionlarını Cennaro Qattuzo çalışdıracaq. Bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

47 yaşlı mütəxəssislə DÇ-2026-nın sonuna kimi nəzərdə tutulan müqavilə imzalanacaq.

Qeyd edək ki, İtaliya millisinin baş məşqçisi Lusiano Spalettoli bir neçə gün öncə istefaya göndərilib. Qattuzonun son iş yeri isə "Hayduk" (Xorvatiya) olub.

Xəbər xətti