Azərbaycan Fransa millisini hansı stadionda qəbul edəcək? - paytaxtda olacaq

15:47 - 13 İyun 2025

Azərbaycan milli komandasının 2026-cı il dünya çempionatının seçmə mərhələsinin D qrupunun oyununda Fransa yığmasını qəbul edəcəyi arena müəyyənləşib.

Sportal.az xəbər verir ki, AFFA bu oyunu Tofiq Bəhramov adına stadionda keçirməyi planlaşdırır (16 noyabr).

Lakin yekun qərar hələ ki verilməyib. Millimizin İslandiya ilə harada oynayacağı da məlum deyil (13 noyabr). Ola bilsin ki, bu qarşılaşma da Tofiq Bəhramov adına stadionda baş tutsun. Amma Bakıda daha kiçik arena seçmək imkanı var.

Xatırladaq ki, Fernandu Santuçun komandası Tofiq Bəhramov adına stadionda (9 sentyabr) Ukrayna millisini qəbul edəcək.

Xəbər xətti