İtaliya millisinin yeni baş məşqçisi məlumdur

09:58 - 14 İyun 2025

İtaliya milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, 4 qat dünya çempionlarını Cennaro Qattuzo çalışdıracaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İtaliya Futbol Federasiyası 47 yaşlı mütəxəssislə razılıq əldə edib. Yaxın günlərdə tərəflər arasında rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Lusiano Spaletti İtaliya yığmasının baş məşqçisi postundan istefaya göndərilib. Qattuzonun son iş yeri isə Xorvatiyada "Hayduk" olub.

Xəbər xətti