"Beşiktaş"ın müdafiəçisi Onur Bulut Super Liqada klubunu dəyişəcək.
Sportal.az xəbər verir ki, türk futbolçu "Başakşehir"ə keçəcək. Bu barədə klub prezidenti Göksel Gümüşdağ məlumat verib. O, transferlə bağlı "Beşiktaş"la razılıq əldə etdiklərini deyib.
Keçidin təxminən 500 min avroya başa gələcəyi bildirilir.
Qeyd edək ki, Onur Bulut 2023-cü ilin fevral ayından "Beşiktaş"da çıxış edir. 31 yaşlı sağ cinah müdafiəçisi ötən mövsüm "qara qartallar"ın heyətində meydana çıxdığı 25 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi