Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, D qrupunun IV turu çərçivəsində oktyabrın 13-də Polşanın Vrotslav şəhərində təşkil olunacaq görüş “Tarçinski Arena”da oynanılacaq.
Matç Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.
Qeyd edək ki, A millimiz Ukrayna yığması ilə ev oyununu sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.
saytlarin hazirlanmasi