"Liverpul"la müqaviləsi gələn ilin yayında başa çatan İbrahima Konate klubdan ayrılacaq.
Sportal.az xəbər verir ki, fransalı mərkəz müdafiəçisi İngiltərə çempionunun yeni sözləşmə təklifini qəbul etməyib. Bu barədə "Foot Mercato" məlumat yayıb.
"Barselona" və PSJ Konateni heyətinə qatmaq istəyir. Lakin 26 yaşlı futbolçu özü "Real"a keçmək istəyir. Oyunçu "kral klubu"nda oynamaq fikrindədir.
Qeyd edək ki, İbrahima Konate 2021-ci ilin yayından "Liverpul"da çıxış edir. Fransa millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 2 qol və məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi