Kristian Norqaard "Arsenal"a keçir.
Sportal.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, "Brentford" norveçli yarımmüdafiəçinin transferi ilə bağlı "topçular"ın 11 milyon avroluq təklifini qəbul edib. Norqaard yaxın günlərdə yeni klubunda tibbi müayinədən keçəcək.
Planlaşdırılır ki, 31 yaşlı futbolçu "Arsenal"da müqaviləsini uzatmayan Tomas Parteyin yerini tutsun.
Premyer Liqanın ötən mövsümündə Norqaard 34 oyunda iştirak edib, 5 qol və 4 asistlə yadda qalıb.
saytlarin hazirlanmasi